Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır
![](https://qlobal.az/photo/680x365/2024-05/1716608075_316471bc-e369-4bc0-b0a7-45b8ffe23894.jpg?1722049971)
May 25
07:33
2024
Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində iqtisadi fəaliyyət xərclərinin 7 788 milyon manatdan 9 902,7 milyon manata çatdırılması nəzərdə tutulur.
O cümlədən, tikinti və şəhərsalma xərcləri 6 309,4 milyon manatdan 8 111,3 milyon manata çatdırılır.
Bu barədə Maliyyə Nazirliyindən xəbər verilir.
Beləliklə, iqtisadi fəaliyyət xərcləri 2 114,7 milyon manat artırılır.