Azərbaycanda internet daha da ucuzlaşacaq
May 31
13:59
2019
Azərbaycanda internetin qiyməti daha da ucuzlaşacaq. "AzərTAc” xəbər verir ki, bu barədə "Ernst&Young” audit şirkətinin nümayəndəsi Arturas Pliponis deyib.
"Biz xüsusən də kənd yerlərində yüksəksürətli internetin əlçatanlığını təmin etməyi düşünürük. Bunun üçün isə rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq".
O əlavə edib ki, "Eu4Digital” layihəsinə Dövlət Gömrük Komitəsi, Səhiyyə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri daxil olmaqla demək olar ki, bütün dövlət qurumları qoşulacaq.
Onun sözlərinə görə, bu, "Eu4Digital" layihəsinin icrası ilə mümkün olacaq: