SON XƏBƏR

Azərbaycanda illik inflyasiya açıqlanıb

Yanvar 17
15:17 2023
2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilə nisbətən 113,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5 %, qeyri-ərzaq məhsulları üzrə 108,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 101 %, əvvəlki ilin dekabr ayına nisbətən 114,4 % olub.
2022-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,7 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 119,0 faiz təşkil etmişdir.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, makaron məmulatlarının, peçenyenin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, pendirin, kəsmiyin, yumurtanın, qarğıdalı yağının, bananın, almanın, armudun, narın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, şəkərin, konfetlərin, çayın, limonadın, meyvə şirəsinin, pivənin, ucuzlaşma isə əsasən portağalın, naringinin, limonun, xurmanın, kivinin, kələmin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2022-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 111,9 faiz təşkil etmişdir. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma mebellərin, xalçaların, paltaryuyan maşınların, televizorların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, sintetik yuyuсu vasitələrin, sabunların, şampunların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, kondisionerlərin və kompüterlərin qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2022-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 110,2 faiz təşkil etmişdir. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mənzillərin icarə haqlarında, paltarların, ayaqqabıların, minik avtomobillərinin təmiri, ictimai iaşə, bərbərxana, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədən kənara istirahət turlarının qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook