Azərbaycanda icbari təhsil müddəti dəyişir? - Ekspert danışır
Dekabr 30
11:43
2022
Bu günlərdə Milli Məclisin plenar iclasında "Təhsil haqqında" qanunun yenilənməsi təklif olunub.
Bu təkliflə deputat Fəzail Ağamalı çıxış edib. Millət vəkili təklif edib ki, növbəti sessiyaya qədər "Təhsil haqqında" Qanun yenidən işlənilsin:
"Bugünkü qanun 15 il müzakirə olundu, 1996-cı ildən başlayaraq 2009-cu ilə qədər ən müxtəlif platformalarda tənqid olunmasına baxmayaraq, qəbul edildi, amma təhsildə hansısa inkişafın şahidi olmadıq. Bu gün "Təhsil haqqında" Qanun Azərbaycan təhsilində buxov rolunu oynayır”.
Qeyd edək ki, ekspertlər "Təhsil haqqında” Qanunun yenidən işlənməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış edirlər. Belə təkliflərdən biri də odur ki, icbari təhsil müddəti azaldılsın. Belə ki, hazırda 9 il olan icbari təhsil müddəti, məsələn, 5 il nəzərdə tutulsun. Bu isə onunla əlaqələndirilir ki, hazırda orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyəti aşağıdır və şagirdlər isə məktəbə deyil, repetitor yanına getməyə daha çox üstünlük verirlər. Yəni şagirdlər məktəbə, xüsusilə də il sonunda daha az gəldiklərinə görə icbari təhsil müddəti azaldılsın.
Təhsil üzrə ekspert Elşən Qafarov "Cümhuriyət”ə bildirib ki, ölkədə təhsil qanunvericiliyi ilə bağlı problemi iki hissəyə bölmək olar:
"Birincisi, qanunvericilikdə kifayət qədər boşluqlar var. Bir çox sahələrdə hüquqi-normativ sənədlər yoxdur. "Təhsil haqqında” qanun 2009-cu ildə qəbul edilib və indiyədək 200 dəfədən çox əlavə və dəyişiklik edilib. Yeni "Təhsil haqqında” qanunun qəbul edilməsinə ehtiyac var. İkincisi, qəbul edilmiş hüquqi-normativ sənədlərin icra edilməməsi, yaxud düzgün icra edilməməsi başqa bir problemdir. O ki qaldı, icbari təhsilin aşağı salınmasına, biz 12 illik təhsilə keçidi nəzərdə tuturuq.
"Təhsilin inkişafı üzrə dövlət strategiyası” ölkə başçısının 24 oktyabr 2013-cü il 13 nömrəli sərəncamı ilə təsdiq olunub. Eyni zamanda, həmin strategiyanın həyata keçirilməsi ilə bağlı tədbirlər planı 19 yanvar 2015-ci il 995 nömrəli sərəncamla təsdiqlənib. Orada göstərilir ki, hətta biz 2020-ci ilədək 12 illik təhsilə keçməliydik. Ancaq təəssüflər olsun ki, biz 12 illik təhsilə keçə bilmədik, hətta burada nəzərdə tutulmuşdu ki, 10 illik icbari təhsil olsun. Ümumilikdə isə bizdə icbari təhsilin müddəti dünya ölkələrinə nisbətən fərqlidir. Məsələn, Türkiyədə 8 ildir və bizdə 10 il nəzərdə tutulub. Yəni icbari təhsilin, nəinki aşağı salınması, 10 ilə qaldırılması nəzərdə tutulur. Nəinki icbari təhsil müddəti aşağı salınmalı, əksinə 12 illik təhsilə keçidi sürətləndirməliyik. Bunun üçün yeni qanun, dövlət standartları, təhsil proqramları qəbul etməliyik. Parlamentdə təhsillə bağlı məsələlərin müzakirəsi müsbət haldır və arzulayardıq ki, real qanunlar qəbul edilsin. Ümumiyyətlə, təhsil haqqında qanunun yenilənməsinə böyük ehtiyac var”.