Azərbaycanda ev təsərrüfatlarının 82%-i inflyasiya gözləyir
Dekabr 30
09:05
2022
Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib. Dekabr ayında aparılan sorğulara görə, ev təsərrüfatlarının 81,9%-i inflyasiya gözləyir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.