"Azərbaycanda əsaslı islahatlar aparılır" - Britaniyalı deputat
Yanvar 30
22:02
2020
"Avropa Şurası ölkələrə tənqid deyil, kömək etmək üçün yaradıldığını göstərməlidir".
"Report"un Fransa bürosu xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü John Howell qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.
Deputat Azərbaycanda əsaslı islahatlar aparıldığını və tərəqqqi yolunda olduğunu bildirib: "Bu hesabatın 9-cu paraqrafında göstərilir ki, Azərbaycan özünün məhkəmə sistemində islahatlar aparır. Eynilə həmin paraqrafda bildirilir ki, Azərbaycan Cinayət Məcəlləsini, həbsxanalarını yeniləyir. Burdan belə görünür ki, Azərbaycan açıq-aydın tərəqqi edir".



