SON XƏBƏR

Azərbaycanda erməni generalı məhv edildi (FOTO)

Oktyabr 15
10:25 2020
Azərbaycan ordusunun Dağlıq Qarabağdakı bölmələrinin uğurlu fəaliyyətləri nəticəsində Ermənistan qoşunları ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilmək məcburiyyətində qalıblar.

Qlobal.az Oxu az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Armiya.az verib.
 
Verilən məlumata görə, erməni general-mayor Artak Tonoyan dünən gecə Qarabağda məhv edilib.

A.Tonoyan əvvəllər Ermənistan silahlı qüvvələrinin sülhməramlı qüvvələrinin briqadasına rəhbərlik edib.

O, oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qarabağa, cəbhəyə göndərilib və orada Azərbaycan ordusu tərəfindən məhv edilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook