SON XƏBƏR

Azərbaycanda epidemioloji nəzarət sistemi gücləndirilir

Sentyabr 02
14:20 2016
Sentyabrın 2-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində dövlət baytarliq nəzarəti xidmətinə dəstək" adlı "Tvinninq" layihəsinə həsr olunmuş tədbir keçirilib.
 
Qlobal.az AZƏRTAC-a istinadən  xəbər verir ki, tədbir Kənd Təsərrüfatı Nazirliyi ilə Avropa İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Aİ-nin ölkəmizdəki səfiri və Aİ nümayəndəliyinin, Fransanın və Macarıstanın Azərbaycandakı səfirliklərinin, Fransız-Macar Konsorsiumunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), müvafiq nazirlik və qurumların nümayəndələri iştirak ediblər.
 
"Tvinninq" layihəsinin əsas məqsədi Azərbaycanda heyvan və insan sağlamlığını qorumaq, kənd təsərrüfatı sektorunda iqtisadi artıma və qida təhlükəsizliyi üzrə vəziyyətin yaxşılaşdırılmasına töhfə vermək üçün Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq respublikada heyvan xəstəliklərinin, zoonozların epidemiologiyası, profilaktikası və xəstəliklərə nəzarət sahəsində Dövlət Baytarlıq Nəzarəti Xidmətinin potensialını daha da gücləndirməklə Xidmətin imkanlarını genişləndirməkdən ibarətdir.
 
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov tədbirdə çıxış edərək Avropa İttifaqı ilə birgə həyata keçirilən layihələrdən və onların əhəmiyyətindən, ölkəmizin aqrar sektorda qazanılan nailiyyətlərdən söz açıb. Qeyd edib ki, son dövrlər Azərbaycanda aqrar sahənin inkişafı dövlət səviyyəsində prioritet məsələyə çevrilib.
 
Sonda "Tvinninq” layihəsinin ayrı-ayrı komponentlərinin təqdimatı keçirilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook