Azərbaycanda ən yüksək əmək haqqı bu sahədədir - 3216 manat (RƏSMİ)
Avqust 09
18:55
2021
2021-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 724,0 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda əks olunub.
Sənədə görə, bu məbləğ 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,7 faiz az olub.
Əmək haqqı neft-qaz sektorunda 3215,9 manat, qeyri neft-qaz sektorunda 672,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 635,5 manat, özəl müəssisələrdə isə 832,1 manat olub.