Azərbaycanda elektron məhkəmə sisteminin yeni versiyası hazırlanır
Oktyabr 24
11:39
2022
"Elektron məhkəmə sisteminin yeni versiyası hazırlanır".
"Report”un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə "Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
A.Səmədzadə həmçinin bildirib ki, yaxın günlərdə "mobil əhali" tətbiqi istifadəyə veriləcək və həmin tətbiq vasitəsilə vətəndaşlar arayışları ala biləcəklər.



