Azərbaycanda diabet xəstələrinin sayı açıqlanıb
Avqust 19
12:31
2022
Şəkərli diabet tip 2 xəstəliyinin yaranma ehtimalını artıran səbəblərinə isə piylənmə, arterial hipertenziya, hiperlipidemiya (insanın qanında lipidlərin və/və ya lipoproteinlərin anormal yüksəlməsi), oturaq həyat tərzi, aşağı fiziki aktivlik və s. aiddirlər.
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova bildirib. Onun sözlərinə görə, Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 537 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir:
"Ölüm səbəbi kimi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yerdədir. Bu xəstəlik tək tibbi yox, həm də sosial, iqtisadi, psixoloji problemlər yaradır. Statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin əksəriyyətində (85-90 faiz) 2-ci tip şəkərli diabet diaqnozu qoyulur".
O deyib ki, qanda şəkəri normada saxlamaq üçün ilk növbədə pəhrizə əməl etmək lazımdır. Bu müalicənin artıq 60-70 % təşkil edir:
Eyni zamanda, həkim tərəfindən təyin olunan preparatlar vaxtında və təlimata uyğun olaraq qəbul edilməlidir. Özbaşına dərman qəbulunu dayandırmaq, dəyişmək və ya dozanı artırıb-azaltmaq olmaz. Bu, insulin müalicəsi alan xəstələrə də aiddir.
Şəkərli diabet xəstələri tez həll olunan karbohidratları (şəkər tozu tərkibli məhsullar) qida rasionundan çıxarmaları tövsiyə olunur. Eyni zamanda, gec həll olunan karbohidratların, yağların və zülalların nisbəti gün ərzində düzgün tənzimlənməlidir. Meyvə payını sutkada bir neçə yerə bölməli və onları əsasən yeməkdən sonra qəbul etməlidirlər".
Endekrinoloq qeyd edib ki, şəkərli diabet tip 1 xəstələri ilk gündən pəhriz və insulinoterapiya vasitəsilə müalicə alırlar:
"Xəstəlik zamanı mütləq insulin çatışmazlığı olduğuna görə başqa müalicə üsulu yoxdur. Xəstəlikdən əziyyət çəkənlər müalicəni gecikdirərsə, yaxud insulin terapiyasından imtina etsə, diabetik ketoasidotik komaya düşə bilər (DKK, şəkərli diabetin əhəmiyyətli dərəcədə dekompensasiyası). Əgər insulinin kəşfindən əvvəl belə xəstələr ən çox 1,5–2 il yaşayırdılarsa, bu preparatlar istifadəyə verildikdən sonra tip 1 diabet xəstələri tam sağlam yaşaya bilirlər. Şəkərli diabet tip 2 xəstələri müəyyən vəziyyətlərdə insulin müalicəsinə keçirlər.
Şəkərli diabet tip 2 xəstələrində yanaşı olaraq əksər hallarda hipertoniya, ürəyin işemik xəstəliyi olur. Şəkərli diabet tip 1 xəstələrində isə birincili hipotireoz (qalxanvari vəzin çatmazlığı) müşahidə edilir. Şəkərli diabet tip 2 "metabolik sindrom” adlanan bir vəziyyətdən sonra yaranır. O sindromun bütün təzahürləri artıq şəkərli diabet tip 2 xəstəsində də olur.
Eyni zamanda, şəkərli diabet bəzi genetik sindromlardan əziyyət çəkən xəstələrdə də rast gəlinir.
Qeyd edim ki, əvvəllər gizli gedən mərhələlərdə diaqnoz qoyulmurdu. Hazırda müasir diaqnostika üsulları ilə diaqnozu daha erkən qoymaq mümkündür. Xəstəliyin başlanğıc mərhələsində sağlam həyat tərzi, həkimə vaxtında müraciət, pəhriz və müntəzəm fiziki məşqlər çox vacibdir".
APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva-Bayramova bildirib. Onun sözlərinə görə, Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada 537 milyondan çox insan şəkərli diabetdən əziyyət çəkir:
"Ölüm səbəbi kimi kardioloji və onkoloji xəstəliklərdən sonra üçüncü yerdədir. Bu xəstəlik tək tibbi yox, həm də sosial, iqtisadi, psixoloji problemlər yaradır. Statistik məlumatlara görə, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayında artım müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında təqribən 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da xəstələrin əksəriyyətində (85-90 faiz) 2-ci tip şəkərli diabet diaqnozu qoyulur".
O deyib ki, qanda şəkəri normada saxlamaq üçün ilk növbədə pəhrizə əməl etmək lazımdır. Bu müalicənin artıq 60-70 % təşkil edir:
"Qalan hissə isə şəkərsalıcı dərmanların və yaxud insulin preparatlarının üzərinə düşür. Dərman qrupu hər bir xəstəyə görə individual seçilməlidir. Həmçinin qanda şəkəri normada saxlamaqda fiziki aktivliyin böyük rolu var. Tövsiyə olunur ki, şəkərli diabet xəstələri gün ərzində 7-8 km piyada gəzsinlər.