SON XƏBƏR

​Azərbaycanda barama qurdunun qiyməti artıb - VİDEOREPORTAJ

May 16
18:23 2016
Azərbaycanda barama qurdunun qiyməti artıb. "Report"un məlumatına görə, ölkə ərazisində bu sahənin inkişaf etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla ipəkçiliyin müasir infrastrukturunun yaradılmasına başlanıb.

Nazirlik tərəfindən İrandan və Çindən Azərbaycana gətirilən və Qax damazlıq ipəkçilik stansiyasında inkubasiyaya qoyulan toxumlar baramaçılıqla məşğul olan fermerlərə paylanıb.
 
Qax rayonunun Zərnə kənd sakini fermer Cəsarət Qədirov "Report"a bildirib ki, inkubasiya olunan barama qurdundan 170 qram götürüb: "Baramaçılıq gəlirli sahədir. Əvvəllər baramanın qiyməti ucuz olduğu üçün fermerlərə bu sahə ilə məşğul olmaq sərf etmirdi. Hazırda qiymət 8 manata qədər qalxıb. Bu il 300 kiloqram barama qurdu tədarük etməyi nəzərdə tutmuşam. Bundan başqa, baramaçılıq bağlarının salınmasını da düşünürəm".
Fermer vurğulayıb ki, yetişdirdiyi barama məhsulunu müəyyən edilən qiymətə "Şəki İpək" ASC-yə təhvil verəcək.

Qeyd edək ki, fermerlər bu il ilk dəfə iyun ayının ortalarında barama təhvil verəcəklər.
 
Qlobal.az
 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook