Azərbaycanda bankir sahibkarın 3.7 milyonunu mənimsəyib - Mərkəzi Bankdan 10 milyon tələb edir
Noyabr 28
21:36
2022
Azərbaycanda sahibkar Mərkəzi Bankdan 1992-ci ildə bankirin onun hesabından mənimsədiyi 1.410.000 SSRİ rublun əvəzinə 10 milyon manat tələb edir.
Qaynarinfo-nun məlumatına görə, sahibkar Adil Həsənov (şərti) 1992-ci ildə Qazaxıstan Respublikası, Kokçetav vilayəti, Uritsk rayonu, Leninqrad sovxozu ilə işlənmiş dəmir yol şpalı göndərmək üçün müqavilə bağlayıb. Razılaşmaya əsasən, onlar sahibkara 1.410.000 SSRİ rublu ödəməli, o isə əvəzində Leninqrad sovxozuna işlənmiş dəmir yol şpalı göndərməli imiş.
Bu məqsədlə sahibkar SənayeTikinti Bankında (hazırkı Mərkəzi Bank) hesab açıb, həmin məbləğ sözügedən hesaba köçsə də, pul ona çatmayıb. Sənaye Tikinti Bankında iddiaçıya bildiriblər ki, pulu geri qaytaracaqlar, lakin ölkədə ara qarışdığından pulun müvəqqəti qaytarılması dayandırılıb.
Bir sıra orqanlara müraciət edən sahibkar nəhayət 2004-cü ildə məhkəməyə müraciət etmək qərarına gəlir. O, 2004-cü ilin iyun ayında əvvəlcə Nizami, sonra isə Səbail rayon məhkəməsinə müraciət edib. Məhkəmə tərəfindən də aparılan araşdırmalar nəticəsində məlum olub ki, Sənaye Tikinti Bankının xələfi Mərkəzi Bankdır. İddia ərizəsində göstərilən məbləği isə o zaman bankın Nizami Rayon Şöbəsində baş mühasib işləyən üçüncü şəxs vəzifəsindən sui-istifadə edərək götürüb, saxtakarlıq yolu ilə mənimsəyib, sahibkara xüsusi külli miqdarda ziyan vurub, gəlirdən mərhum edib, maddi, mənəvi və psixoloji ziyan vurub, fiziki əzaba məruz qoyub.
1992-ci ildə Rusiya bank arxivindən götürülmüş arayışa əsasən 64,49 SSRİ rublu 100 ABŞ dollar təşkil edib. Pul onun hesabına köçürülən zaman 1.410.000 SSRİ rublu 2.186.385 ABŞ dollar təşkil edib. Hazırda bu məbləğ 3.716.855 manat təşkil edir. Bu real vurulmuş zərərdir. Eyni zamanda, əldən çıxmış gəlir bank uçot dərəcəsi faizlə illik 10 faiz olmaqla 6.690.339 manat, maddi, mənəvi və psixoloji ziyana görə 100.000 manat, cəmi 10.507.194 manat məbləğində pul ona ödənilməlidir.

Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 25 may tarixli qərardadı ilə işin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Ali Məhkəməyə göndərilməsi qərara alınıb. Ali Məhkəmə işə baxaraq belə qənaətə gəlib ki, hazırkı mübahisə mülki iş olduğundan baxılması üçün iddianın verildiyi Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Bir neçə gün əvvəl də Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə Mərkəzi Banka qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılıb.
Qlobal.az