"Azərbaycanda 154 min gənc işsizdir"
Sentyabr 10
02:34
2021
Ötən ilin yekunlarına görə, Azərbaycanda işsiz gənclərin toplam sayı 154 min 100 nəfərə yaxındır. Bu o deməkdir ki, ölkədə gənclər arasında işsizlik göstəricisi 11.2 faizdir.
Hər 9 gəncdən biri işsizdir
Dövlət Statistika Komitəsinin əmək bazarını araşdırmasından məlum olur ki, bu ilin əvvəlinə ölkədə 1 milyon 378 min nəfər iqtisadi fəal gənc olub.
Həmin göstəriciyə 15-29 yaş arası iqtisadi fəal gənclər daxil edilib. İqtisadi fəal dedikdə, işləyən və işsiz gənclərin toplamı nəzərdə tutulur. Məşğul olmayan, iş axtarmayan və işə başlamağa hazır olmayan şəxslər isə metodologiyaya görə, iqtisadi qeyri-fəal əhali qrupuna daxil edilir. Təhsil alan və əmək qabiliyyəti olmayan gənclər də bu kateqoriyaya daxildir.
Ötən ilin yekunlarına görə, Azərbaycanda işsiz gənclərin toplam sayı 154 min 100 nəfərə yaxındır. Bu o deməkdir ki, ölkədə gənclər arasında işsizlik göstəricisi 11.2 faizdir. Həmin dövr ərzində ölkə üzrə işsizlik səviyyəsinin 7.2 faiz olduğu nəzərə alınsa, bu o deməkdir ki, gənclər arasında işsizlik səviyyəsi ölkə üzrə ortalama göstəricidən 55 faiz daha yüksəkdir. Bunu da vurğulamağa dəyər ki, Azərbaycandakı bütün işsizlərin 41 faizi elə 29 yaşadək olan gənclərdir.
Ötən il işsiz gənclərin sayındakı ciddi artım da diqqət çəkir. Həmin ilin əvvəlində ölkədəki işsiz gənclərin sayı cəmi 120 min nəfər idi. Bir il içində elə gənclərin sayı 30 faizə yaxına artıb. Başqa deyimlə, bir ildə 34 mindən çox gənc iş yerini itirib. Bu üzdən, gənclər arasındakı işsizlik səviyyəsi də 8.7 faizdən 11.2 faizədək yüksəlib.
16 mindən çox ali təhsilli gənc iş tapa bilmir
Rəsmi hesablamaya görə, ölkədəki işsiz gənclərin 10.6 faizi ali təhsillidir. Bu, ən azı, 16 mindən çox universitet məzununun işsiz qaldığını göstərir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda ali təhsilli şəxslərin sayının əhaliyə nisbəti region ölkələrinin və dünya ortalamasının xeyli gerisindədir.
Dövlət qurumları da tez-tez ölkədə ali təhsilli kadrların çatışmazlığını ifadə edir. Belə bir şəraitdə ali təhsilli gənclər arasında işsizliyin çox olması ölkədə ali təhsilə çıxış imkanlarının məhdud olması ilə yanaşı, verilən ali təhsilin və dolayısıyla hazırlanan kadrların da aşağı keyfiyyətinin göstəricisi sayıla bilər. İşsiz gənclərin daha 12 faizi orta ixtisas, 4.4 faizi peşə, 60 faizə yaxını tam orta, 13.4 faizi ümumi orta, 0.2 faizi isə yalnız ibtidai təhsil alanlardır.
Hər 4 gəncdən biri nə işləyir, nə də oxuyur
Beynəlxalq praktikada gənclər siyasəti ilə bağlı durumun qiymətləndirilməsi üçün baxılan ən vacib göstəricilərdən biri "NEET” indiqatorudur. Bu indiqator 15-24 yaşlılar arasında nə təhsildə, nə də əmək bazarında olmayan gənclərin xüsusi çəkisini göstərir. Siyasət mexanizmlərinin hazırlanmasındə və qiymətləndirilməsində ən vacib göstəricilərdən olan bu indiqator Azərbaycanda ictimaiyyətə indiyədək açıqlanmasa da, "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” adlı sənəddə hökümət, nəhayət ki, bu indiqatorun Azərbaycanda hansı səviyyədə olduğunu bildirmişdi. Həmin sənəddən məlum olur kİ, 2017-ci ildə Azərbaycanda "NEET indiqatoru” 23 faiz olub. Başqa sözlə, ölkədə 15-24 yaş arasında olan hər dörd gəncdən biri nə təhsil alıb, nə də işləyib. Hökümət 2030-cu ilədək bu göstəricini 15 faizə endirməyi hədəfləyir.
Azərbaycan əhalisi qocalmış ölkələr siyahısına daxil edilib
Maraqlıdır ki, Azərbaycanda gənclər arasında işsizlik səviyyəsinin artması son illər ölkədə gənclərin sayca ardıcıl azalması fonunda baş verir. Əgər 2010-cu ildə Azərbaycan əhalisinin 30 faizə yaxını gənc idisə, hazırda bu göstərici 22.8 faizə enib. Bu il Azərbaycan əhalisinin tərkibində gənclərin sayının ən aşağı göstəricisi qeydə alınıb. Üstəlik, ölkə, beynəlxalq qiymətləndirməyə görə, əhalisi "qoca” olan ölkələr qrupuna aid edilib. Belə ki, Dünya Səhiyyə Təşkilatının meyarlarına görə, 65 və yuxarı yaşlı əhalinin toplam əhali sayındakı payı 7 faizi ötərsə, həmin ölkənin əhalisi qoca hesab edilir. Sonuncu rəsmi məlumatlara görə, ötən ilin sonunda Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin sayı 720 min nəfər olub. Bu isə bütün ölkə əhalisinin 7,14 faizi deməkdir. Beləliklə, Azərbaycanda yaşı 65-i aşan əhali qrupunun payı ilk dəfə 7 faiz həddini keçib və Dünya Səhiyyə Təşkilatının meyarlarına əsasən, artıq Azərbaycan da əhalisi qoca ölkələr siyahısına daxil edilib.
Əhalinin yaşlanması artıq bir çox ölkə, həm də, qlobal iqtisadiyyat üçün bəlli çağırışlar doğurub. Moody’s beynəlxalq reytinq agentliyinin hesablamalarına görə, son illər dünyada müşahidə edilən əhalinin qocalması prosesi 2025-ci ilədək qlobal iqtisadi artımı 0,9 faiz azaldacaq. Qiymətləndirmələrə görə, əmək qabiliyyətli əhalinin qlobal artımı yaxın 20 ildə yarıbayarı azalacaq. Əhalinin yaşlanması bəzi istiqamətlərdə xərclərin də artması deməkdir. Axı özəlliklə səhiyyə və sosial xərclərin artımı nəticəsində fiskal yük də artmış olacaq.
Azadlıq Radiosu