Azərbaycana yaz gəldi...
Mart 21
01:05
2022
Azərbaycana yaz fəsli qədəm qoydu.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaydığı məlumata görə, yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 19:33-də baş verib.
Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayır.