“Azərbaycan öz deputatlarını İrəvana göndərəcəyini deyir” - Erməni millət vəkili
Fevral 18
12:43
2022
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ermənistanın "Hraparak” qəzeti Azərbaycan deputatlarının İrəvana səfərinin gözlənildiyinə dair məlumat yaymışdı.
"AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, bu gün həmin məlumatı Ermənistan parlamentinin hakim partiyadan olan üzvü Mariya Karapetyan da təsdiqləyib.
"Azərbaycan tərəfi AVRONEST Parlament Assambleyasının bürosunda və komissiyalarında iştirak etmək üçün öz nümayəndə heyətini göndərməyə hazır olduğunu bildirib”, - deyə deputat Mariya Kartapetyan "Sputnik”-ə bildirib.
Xatırladaq ki, söhbət fevralın 19-dan 22-nə qədər İrəvanda keçiriləcək AVRONEST Parlament Assambleyasının toplantısından gedir. Karapetyan bildirib ki, bu toplantılar Avropa Parlamantenin Şərq Tərəfdaşlığı proqramına aid ölkələr arasında rotasiya qaydasında keçirilir və bu dəfə növbə Ermənistana çatıb. Tədbirdə Azərbaycanla bərabər Ukrayna və Gürcüstanın da nümayəndə heyətlərinin iştirakı gözlənilir.



