SON XƏBƏR

Azərbaycan yazıçısının hekayələri xarici mətbuat səhifələrində

Sentyabr 02
11:09 2016
İstanbulda çıxan "Türk Ədəbiyyatı" aylıq fikir və sənət jurnalının avqust nömrəsində Azərbaycan yazıçısı Kamran Nəzirlinin "Yarpaqlar töküləndə" hekayəsi dərc edilib.
 
AZƏRTAC xəbər verir ki, hekayəni türk dilinə tanınmış yazar və tərcüməçi İmdat Avşar çevirib. Jurnalda həmçinin Azərbaycan yazıçısının həyat və yaradıcılığı barədə də məlumat verilib.
 
Xatırladaq ki, "Türk Ədəbiyyatı"nın qurucusu görkəmli türk alimi və yazıçısı Əhməd Kabaklı olub. Hazırda nəşr Türk Ədəbiyyatı Başkanlığı nəzdində Serhat Kabaklının rəhbərliyi ilə işıq üzü görür.
 
Avqust ayında Azərbaycan yazıçısının daha altı hekayəsi Moskvada və Krasnoyarskda çıxan ədəbi jurnallarda dərc olunub. Belə ki, Rusiya Yazıçılar Birliyinin Moskva bölməsinin orqanı "Rossiyskiy Kolokol" ədəbi jurnalının xüsusi buraxılışında Kamran Nəzirlinin "Düzgün olmayan həqiqət" adlı hekayəsi, elə həmin jurnalın əlavəsi sayılan almanaxda isə üç hekayəsi -"Qaranlıq oğruları", "Şəkil haqqında ballada" və "Yarpaqlar töküləndə" hekayələri dərc olunub. Bundan başqa Krasnoyarskda çıxan "Den i noç" ədəbi jurnalı da yazıçının "Ölən uşağın xatirələri" və "Yarpaqlar töküləndə" hekayələrinə yer ayırıb. Hər iki hekayə jurnalın 3-cü nömrəsində dərc olunub.
 
Qeyd edək ki, hazırda bir sıra MDB ölkələrində, o cümlədən Belarus, Moldova, Ukraynada, habelə Litva, Polşa və Almaniyada onun əsərlərinə maraq artıb. Cari ilin axırında Kamran Nəzirlinin hekayələr kitabı Minskdə Belarus dilində işıq üzü görəcək. Bir neçə hekayəsi hazırda moldovan, rumın, alman və bolqar dillərinə də tərcümə edilir və həmin ölkələrin ədəbi jurnallarında dərc olunacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook