Azərbaycan XİN Fransaya cavab verib

May 06
09:41
2023
Fransanın Avropa və xarici işlər naziri Ketrin Kalonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq "Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində "anklav” adlandırması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, eləcə də bu bölgədən kütləvi etnik təmizlənməyə məruz qalmış azərbaycanlıların hüquqlarına hörmətsizlikdir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın "France Inter” ictimai radiokanalına müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə cavab olaraq deyib.