SON XƏBƏR

"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür" - Millət vəkili

Dekabr 04
12:48 2023
"Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada gəldi durğu işarələrindən istifadə etmək olmaz".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.

Onun sözlərinə görə, durğu işarələrinin azaldılmasın ehtiyac var:
"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür. Məsələn, feili bağlamalardan sonra vergülün qoyulması bizdə dəb halını alıb. Odur ki, dil səhvlərinə çox kəskin yanaşmalıyıq".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook