SON XƏBƏR

Azərbaycan vətəndaşlarına xaricdən göndərilən pulun həcmi 4 dəfə artıb

Dekabr 17
08:20 2022
Neft-qaz ixracatından (neft məhsulları da daxil) ölkəyə 28,7 mlrd. dollar daxil olub. Bu vəsaitin təxminən 13 mlrd. dolları mənfəətin və investisiyaların repatriasiyası çərçivəsində xarici neft şirkətləri vasitəsilə ölkədən çıxarılıb, 7 mlrd. dollara yaxını mənfəət nefti formasında Neft Fonduna köçürülüb.

Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.

"Dövlət Neft Şirkətinin şəffaf hesabatlılıq sistemi olmadığından bu dövriyyədən şirkətə çatan məbləğ bilinmir.

Beynəlxalq tranzit daşımaların artması nəqliyyat xidmətlərinin ixracından gəlirləri də kəskin artırıb – 50%. Bu xətlə daxilolma 2.3 mlrd. dollar olub (ötən il 1,7 mlrd. USD). Amma bu artımın mənbəyi neft-qaz daşımalarıdır. Neft-qazın tranzit nəqlindən gəlirlər 717 mln. dollardan 1.4 mlrd. dollara çatıb. Qeyri-neft daşımalarının həcmi ötən ilki qədər 800 milydon dollardan bir qədər çox olub. Bu fakt onu göstərir ki, rəsmi təbliğatda müharibə səbəbindən "Orta dəhliz”in əhəmiyyətinin artması ilə bağlı söylənənlərin əksinə olaraq hələ də bu tranzit kanal qeyri-neft yüklərinin beynəlxalq hərəkətində rolunu artıra bilmir.

İlkin gəlirlər hesabının defisiti 4 dəfə artaraq 4.3 mlrd. dollara çatıb.

Defisitin böyüməsinin səbəbi xarici neft-qaz şirkətlərinə çatan mənfəətin ölkədən çıxarılmasıdır.

Vətəndaşlara xaricdən göndərilən pulun həcmi 4 dəfəyə yaxın artıb – 2.8 mlrd. dollara çatıb.

Maliyyə hesabının kəsiri 6,5 dəfə böyüyərək 9,6 mlrd. dollara çatıb. Maliyyə hesabının saldosu ölkəyə və ölkədən kapital axınını əks etdirən mühüm statistik mənbədir.

Tədiyə balansı statistikasının balansın konkret maddə və bölmələri üzrə uçota ala bilmədiyi ölkədən kənara kapital axını 510 mln. dollar təşkil edib (hesabatda "balanslaşdırıcı maddə” kimi əks etdirilir)”, – deyə o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook