Azərbaycan vətəndaşları üçün Şengen vizasının rüsumu dəyişməyəcək
May 21
15:10
2024
Viza sadələşmə müqavilələri olan ölkələr üçün Şengen vizasının rüsumu dəyişməyəcək, 35 avro olaraq qalacaq.
Bu barədə "Report”un Şengen vizasının qiymətinin iyunun 11-dən etibarən 90 avroya qədər artırılacağı barədə sorğusuna cavab olaraq Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
Qeyd edək ki, Sloveniya Xarici İşlər Nazirliyi Avropa Komissiyasının Şengen viza rüsumlarını 12 faiz artıraraq 90 avroya çatdırdığını açıqlayıb. Bununla belə Avropa Komissiyasından hələlik heç bir açıqlama yoxdur, qərarın bu həftə sonu açıqlanması planlaşdırılır.
Bildirək ki, bundan əvvəl Şengen vizası üçün ödəniş 60 avro idi.
Lakin Azərbaycan "Şərq tərəfdaşlığı" ölkəsi olduğu üçün vətəndaşları viza sadələşmə müqaviləsinə əsasən, 35 avro ödəyirdi.