Azərbaycan və İran prezidentlərindən önəmli bəyanatlar
Avqust 08
08:41
2016
İlham Əliyev tarixi addımlar atılacağının anonsunu verdi; Həsən Ruhani: "İki ölkə arasında azad ticarət zonasının yaradılacağına ümid edirik”
İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub. Təkbətək görüşün ardınca nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.
Prezident İlham Əliyev geniş tərkibli görüşdə deyib ki, bu səfərə çox böyük əhəmiyyət verir. Dövlət başçısı bildirib ki, səfərin çox uğurlu olacağına və əlaqələrin inkişafına təkan verəcəyinə inanır: "Bu səfərlər göstərir ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bu gün ikitərəfli görüş zamanı siyasi, iqtisadi məsələləri müzakirə etdik. Bizim aramızda çox böyük qarşılıqlı anlaşma var və münasibətləri bu anlaşma əsasında qururuq. Son illər iki ölkə arasında əlaqələr çox sürətlə inkişaf edir, bu inkişaf 25 illik münasibətlər tarixində ən yüksək səviyyəyə çatıb. İnanıram ki, siyasi, iqtisadi və digər sahələrdə əlaqələr daha da inkişaf edəcək. Bu gün də bir neçə sənəd imzalanacaq. İran və Azərbaycan əlaqələri bundan sonra da dostluq əsasında daha da inkişaf edəcək ”.
Öz növbəsində, İran prezidenti Həsən Ruhani Azərbaycan prezidentinin İrana son səfərinin çox uğurlu olduğunu bildirib: "Bu gün iki ölkə arasında mühüm sənədlər imzalanacaq. Sabah isə üçtərəfli görüş keçiriləcək. Üçtərəfli görüşdə də müxtəlif məsələləri təhlil edəcəyik. Əminəm ki, iki ölkənin əlaqələri səmimi əsaslarla qurulub. İki qonşu və qardaş ölkə kimi münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Xalqlarımız ən yaxşı əlaqələrin qurulmasını, bu münasibətlərin regionda sabitlik və sülhün bərqərar olmasında rol oynamasını istəyir”.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra prezidentlər İlham Əliyev və Həsən Ruhaninin iştirakı ilə Azərbaycan-İran sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent Komitəsi ilə İran İslam Respublikasının Standartlar və Sənaye Tədqiqatları İnsititutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəni İrs, Əl İşləri və Turizm Təşkilatı arasında turizm əməkdaşlığı sahəsində İcra Proqramı (2016-2019), Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə İran İslam Respublikası Mərkəzi Bankı arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Hökuməti ilə İran İslam Respublikası Hökuməti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu, "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədlərin imzalanması mərasimindən sonra Prezidentlər İlham Əliyev və Həsən Ruhani mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev deyib ki, bu səfərə çox böyük əhəmiyyət veririk. İnanırıq ki, bu səfər və imzalanan sənədlər münasibətlərin gələcək inkişafını təmin edəcək. Dövlət başçısı bildirib ki, xalqlarımız əsrlərdir, qonşuluq və mehribanlıq şəraitində yaşayır: "Artıq 25 ilə yaxındır ki, iki dövlətin əlaqələri uğurla inkişaf edir. Son bir neçə ildə əlaqələrin inkişafında çox böyük irəliləyiş var. Qarşılıqlı rəsmi səfərlər də bu sahədə önəmli addımlardandır. Əlaqələr çox sürətlə inkişaf edir və yaxşı nəticələr var. Mənim İrana rəsmi səfərim çərçivəsində 10 sənəd, 6 ay sonra - indi isə 6 sənəd imzalanıb. İranda imzalanmış sənədlərin icrası təmin edilib. Bu gün təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər çox konstruktiv oldu. Əldə edilən razılaşmaların münasibətləri daha da inkişaf etdirəcəyinə inanıram”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan və İran beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir. Azərbaycan İrana qarşı sanksiyaların həmişə əleyhinə olub. İran həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:"İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyi vurğulanıb. Mən bu gün münaqişənin tənzimlənməsi sahəsində son vəziyyəti İran prezidentinə çatdırdım, danışıqların son durumu barədə geniş məlumat verdim. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Qarabağla yanaşı, ətraf 7 rayon da bu gün Ermənistanın işğalı altındadır. Məscidlərimiz dağıdılıb, insanlarımız torpaqlarından qovulub. Münaqişənin həlli üçün işğalçı qüvvələr işğal edilən torpaqlardan çıxarılmalıdır. Bu, BMT qətnamələrində də əksini tapıb. İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə də Ermənistanın aprel təxribatı pisləndi, kontakt qrupu yaradıldı”.
Aprel təxribatlarından söz açan prezident İlham Əliyev bildirib ki, Azərbaycan məcburiyyət qarşısında qalaraq torpaqlarını və əhalisini qorumaq üçün addımlar atıb: "Bu addımlar çox təsirli oldu”.
Dövlət başçısı bildirib ki, yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq: "Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üçün də önəmli addımlar atılır. Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün Memorandum imzalanıb. Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır. Bu məsələ sabah Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də müzakirə ediləcək. Üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında tarix, coğrafiya və müştərək layihələr dayanır. Bu, tək ölkələr deyil, qitələr üçün böyük əhəmiyyət daşıyır. Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq”.
Prezident İlham Əliyev bildirib ki, İran vətəndaşları sadələşdirilmiş viza ilə Azərbaycana gələ bilirlər.
İran prezidenti Həsən Ruhani isə bildirib ki, iki ölkənin münasibətləri son üç ildə sürətlə inkişaf etməkdədir. Qarşılıqlı səfərlər, müxtəlif formatlarda görüşlərdə irəliyə doğru addımlar atılır: "Münasibətlərin inkişafı bütün sahələri əhatə edir. İki ölkə arasında ticarət sahəsində rüsumların azaldılmasına çalışmaq lazımdır. Sonda iki ölkə arasında azad ticarət zonasının yaradılacağına ümid edirik. Bank sahəsində də mühüm işlər görülməlidir. Bu gün iki ölkənin mərkəzi bankları arasında sənəd imzalandı. İki ölkə arasında bank əlaqələrin azad ticarətə zəmin yaradacaq səviyyədə genişlənməsini istəyirik. Azərbaycanda avtomobil zavodunun təməli qoyulub. Bu, il ərzində 10 min avtomobilin istehsal edilməsinə, Azərbaycan və qonşu ölkələrin ehtiyacının təmin edilməsini şərtləndirir”.
H. Ruhani bildirib ki, prezident İlham Əliyevlə görüşdə Xəzərlə bağlı məsələlər də müzakirə olunub: "Xəzər sahilyanı ölkələr üçün sülh və sabitlik məkanı olmalıdır. Xəzərlə bağlı bəzi problemləri aradan qaldırmaq üçün sürətlə işlər görülməlidir. Neft, qaz və digər sahələrdə müştərək fəaliyyəti zəruri sayırıq. Bizim üçün ekosistem də çox önəmlidir. Xəzər dənizinin çirklənməsinin qarşısının alınması diqqət mərkəzində olmalıdır. Azərbaycanda bu sahədə Xəzərlə bağlı bir Mərkəzin yaradılmasını da təşviq edirik”.
H.Ruhani Azərbaycan, İran və Rusiya prezidentləri arasında avqustun 8-də keçiriləcək üçtərəfli görüşün faydalı olacağına ümid etdiyini deyib.
H. Ruhani bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib: "Regiondakı münaqişələr sülh yolu ilə həllini tapmalıdır. İran Azərbaycan və Ermənistanın qonşusu kimi məsələnin sülh yolu ilə həllinə çalışıb. İranın əlində münaqişənin həlli ilə bağlı imkan olsa, əsirgəməyəcək”.
Terrorçuluğa qarşı mübarizədən danışan İran prezidenti bildirib ki, iki ölkə bu sahədə əməkdaşlıq edəcək: "Mədəniyyət sahəsində, nifrətə, qarşıdurmaya qarşı olan islamın təbliği sahəsində birgə fəaliyyətlə bağlı da razılığa gəldik. Radikallıqdan uzaq olmalıyıq. Elm və texnologiya sahəsində də əməkdaşlığımız genişlənməlidir”...
***
Siyasi ekspertlər də prezident Həsən Ruhaninin Bakıya səfərinin Azərbaycan-İran münasibətlərinə ciddi təsirlər göstərəcəyini bildirirlər. Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a bu barədə açıqlamasında bildirdi ki, son zamanlar Azərbaycanla İran arasında münasibətlərdə müəyyən irəliləmələr qeydə alınıb. Azərbaycan prezidentinin də İrana çox uğurlu səfəri olub. İran rəsmilərinin də Azərbaycana səfəri reallaşıb. İndi İran prezidentinin səfəri prosesin səmərəli getməsinin daha bir sübutudur.
Politoloqun sözlərinə görə, İranın Azərbaycan və Ermənistanla münasibətləri mahiyyətcə fərqlidir:"Ermənistan bölgənin ən kasıb ölkəsidir, heç bir investisiya imkanları yoxdur. Ona görə suallar yaranır ki, İranın nə marağı var ki, Ermənistanla iqtisadi layihələr həyata keçirsin. Axı Ermənistanın bu layihələrə investisiya yatırmaq imkanları yoxdur. Bölgənin əsas investisiya imkanları olan ölkə Azərbaycandır. Bunu İran özü də açıq bəyan edir və iqtisadi əməkdaşlıq istiqamətində ciddi addımlar atır. Rəqəmlərə baxsaq, İranla Azərbaycan arasında iqtisadi-ticari əməkdaşlıq Ermənistanla əməkdaşlıqdan dəfələrlə yüksəkdir. Yəqin ki, Azərbaycan rəsmiləri İran-Ermənistan münasibətləri ilə bağlı İran prezidentinə yəqin ki, nəsə irad bildirməyəcək. Çünki bu, İranın daxili siyasətidir. İran onsuz da başa düşür ki, Ermənistanla münasibətlərinə görə, Azərbaycan cəmiyyətinin ona sualları var. Gələcəkdə Tehranının bunu nəzərə alıb-almayacağı başqa məsələdir”.(Musavat.com)

Qlobal.az