Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə anlaşmanı təqdir edirik - İran XİN

Mart 14
10:15
2025
İran Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə əldə olunan anlaşmanı təqdir edir.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.
O, İranın Ermənistan və Azərbaycan arasında sülh sazişinin müddəalarının razılaşdırılmasını təqdir etdiyini bildirib.
Nazirlik rəsmisi bu addımı Cənubi Qafqazda uzunmüddətli sabitliyin və sülhün bərqərar olması yolunda mühüm addım kimi dəyərləndirib.