Azərbaycan və Böyük Britaniya enerji sektorunda əməkdaşlığı müzakirə edib
Oktyabr 18
09:28
2022
Energetika naziri Pərviz Şahbazov Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşərək enerji sektorunda əməkdaşlığı müzakirə edib.
"Report” xəbər verir ki, bu barədə səfir "Twitter”də yazıb.
"30 illik tarixi olan Böyük Briyaniya-Azərbaycan enerji və ticarət münasibətlərinin uğurla davam etdirilməsi istiqamətində görüləcək işlər barədə danışdıq", - deyə o, qeyd edib.
Görüş barədə Energetika Nazirliyi də məlumat yayıb. Məlumata görə, nazir səfiri təyinatı münasibətilə təbrik edərək, fəaliyyəti dövründə Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın gələcək inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.
Görüş zamanı qarşılıqlı münasibətlərin genişləndirilməsində, o cümlədən enerji sahəsində əlaqələrin inkişafında iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi qeyd olunub. Komissiyanın 5-ci iclası üzrə protokolun icrasının gedişi və növbəti iclasa dair məsələlər müzakirə edilib.



