Azərbaycan və Bolqarıstan IGB vasitəsilə təbii qaz nəqlini müzakirə edir
Avqust 31
12:07
2022
Azərbaycanın energetika naziri Pərviz Şahbazov bolqarıstanlı həmkarı Rosen Xristov ilə Yunanıstan-Bolqarıstan İnterkorrektoru (IGB) vasitəsilə oktyabrın 1-dən başlanması planlaşdırılan təbii qaz nəqlini müzakirə edib.
Tərəflər, həmçinin Bolqarıstana əlavə həcmdə Azərbaycan qazının nəqlinin texniki imkanlarını müzakirə ediblər.



