Azərbaycan və Aİ arasında keçiriləcək dialoqun vaxtı dəqiqləşib
Dekabr 16
12:57
2019
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik məsələləri üzrə ikinci dialoq dekabrın 19-da Bakıda keçiriləcək.
Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
Təhlükəsizlik məsələləri üzrə dialoq Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan-Kristof Belliardın həmsədrliyi altında baş tutacaq.



