SON XƏBƏR

Azərbaycan və ABŞ rəsmiləri Qarabağ bəyanatını müzakirə ediblər

Fevral 09
09:55 2021
Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook