"Azərbaycan Ukraynanın və başqa ölkələrin ərazi bütövlüyünü dəstəkləyir" - Prezident
Aprel 29
16:58
2022
"Bizim təcrübəmizə əsaslansaq, əsas məsələ işğalla heç vaxt razılaşmamaqdır”.
"Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə öz təcrübələrinə əsaslanaraq Ukraynaya verə biləcəyi tövsiyələrə dair suala cavab verərkən bildirib.
Dövlət başçısı işğal dövründə Azərbaycanın ərazi bütövlüyünə dair mövqelərini dəyişdirmək barədə dəfələrlə təklif aldığını diqqətə çatdırıb: "Mən deyirdim ki, heç zaman mən və Azərbaycan xalqı torpaqlarımızda daha bir qondarma erməni dövləti yaradılmasına razı olmarıq. Heç vaxt”.



