Azərbaycan Ukraynadan 10 təyyarə alır
Dekabr 30
17:34
2015
Ukraynanın dövlət müəssisəsi (DM) "Antonov” An-178 təyyarəsinin ikinci təcrübə nümunəsinin füzelyajının yığılmasını başa vurub.
Bu barədə AzVision.az avianews.com-a istinadən xəbər verir.
Hazırda Azərbaycan, Çin və İraqdan An-178-ə görə 40 sifariş qeydə alınıb. Təyyarənin sertifikatlaşdırılması prosesi gələn ilin sonuna planlaşdırılır.
An-178 ilk uçuşunu 2015-ci ildə mayın 7-də edib.
Müəssisə elə həmin gün 10 ədəd təyyarənin Azərbaycana və 2 ədəd isə Çinə idxalı haqqında müqavilə bağladığını bildirib.
Qaynar.info