SON XƏBƏR

Azərbaycan ÜTT-na üzv olur?

Mart 17
20:25 2016
"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulu üçün lazım olan sənədlər hazırlanır”.
 
Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya açıqlamasında deyib.
 
Nazir müavini bu ayın sonunadək üzvlük üçün lazım olan bir neçə sənədin ÜTT-yə təqdim olunacağını bildirib. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilat hesab olunur. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Azərbaycan təşkilata üzv olma istəyini əks etdirən ərizəni hələ 1997-ci ildə təqdim edib. Elə həmin il ÜTT-də Azərbaycan üzrə İşçi Qrup yaradılıb. Ancaq bu proses keçən 19 ildə, hələ də başa çatmayıb. Müxalifət və bəzi iqtisadçılar düşünürlər ki, Azərbaycan hökuməti bilərəkdən bu quruma üzv olmağı gecikdirir. Onların demələrinə görə, AzərbaycanınÜmumdünya Ticarət Təşkilatına üzv olması gömrükdə korrupsiyanın sonu demək olardı.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook