SON XƏBƏR

Azərbaycan televiziyasındakı növbəti biabırçı fakt- VİDEO 18+

Dekabr 16
13:47 2016
"Lider” telekanalında yayımlanan "Çıxış yolu” proqramında baş verənlər Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən araşdırılır.
 
Bu barədə məlumat verən MTRŞ-ın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, veriliş təhlil edilib və bununla bağlı arayış yekunlaşmaq üzrədir.
 
Şura rəsmisinin sözlərinə görə, sözügedən proqram "Lider TV”də 1 saat ərzində canlı yayımlanır.
 
"Təhlillər zamanı verilişdə neqativ hallar, təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb. Dəfələrlə demişik ki, efirdə, xüsusilə canlı yayımda belə problemlərin müzakirəsi zamanı ehtiyatlı və diqqətli olmaq lazımdır”, - T.Dadaşov bildirib.
 
Onun dediyinə görə, verilişlə bağlı təhlillər ümumiləşdirilərək arayış formasında protokollaşdırılıb və şuranın rəhbərliyinə təqdim olunacaq. Bununla bağlı hansı tədbirlərin görüləcəyi şuranın qərarından asılı olacaq.
 
Xatırladaq ki, daha öncə "Space TV”də analoji hal baş vermiş və proqramdakı rüsvayçılıq ictimailəşəndən sonra telekanal rəhbərliyi verilişin bağlandığını bildirmişdi.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook