"Azərbaycan-Rusiya münasibətləri keyfiyyətcə yeni səviyyəyə qalxıb” - Sergey Lavrov
May 12
16:22
2022
"Aramızdakı görüş Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni səviyyə, müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsində olduğu dövrə təsadüf edir”.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə söyləyib.
"Vəziyyəti nəzərdən keçirmək, prezidentlərin qarşıya qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyini görmək üçün istənilən fürsət çox qiymətlidir. Onu da qeyd edim ki, bu il biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik, bir sıra rəngarəng, parlaq tədbirlər hazırlanır və yaxın vaxtlarda Rusiya-Azərbaycan sənədləri toplusu nəşrə hazırlanmalıdır”.



