SON XƏBƏR

Azərbaycan Robototexnik Beyinlər Festivalı

Noyabr 02
23:44 2021
Azərbaycan Robototexnik Beyinlər Festivalı 2021-ci ilin Sentyabrın 27-də uğurla yekunlaşmışdır.


 
Miq.az xəbər verir ki, Azərbaycan Robototexnik Beyinlər Festivalı (Azerbaijan Robotic Minds Festival) Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində keçirilmiş XIII qrant müsabiqəsinin qalibi olmuşdur. Layihənin əsas məqsədi robototexnikaya marağı olan gənclərin təhsilindən və yaşından asılı olmayaraq bir araya gəlib yeni biliklər öyrənib bölüşə biləcəyi bir mühitin yaradılmasıdır.


 
Layihəyə onlayn forma doldurmaqla müraciət edilib və doldurulmuş formalardakı məlumatlara əsasən layihə iştirkaçıları seçilib. Layihədə 8 nəfər qız, 10 nəfər oğlan olmaqla ümumilikdə 18 nəfər iştirak etmişdir. İştirakçılar məktəbli, bakalavr və magistr tələbələrindən seçilmişdir. İştirakçılar sonradan komandalara bölünmüş və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdiriblər.


Layihə ərzində 20 müxtəlif məqsədli görüşlər keçirilmişdir. Görüşlər robotun hardware və software hissəsinin hazırlanması, 3D modelin düzəldilməsi və printer-dən istifadə və sonda isə gənclərin idealarının yarışmasından ibarətdir. İştirakçılar bütün görüşlər boyunca aktiv şəkildə iştirak etmiş, lehimləyici, müxtəlif sensorlar, Arduino və 3D printerdən istifadə etməyi öyrəniblər. 3D printerdə çap olunacaq cismlər TinkerCAD-də dizayn edilmişdir. Sensorlar və Arduino mikrokontrollerlərindən istifadə edərək müxtəlif sistemlər hazırlanıb. Bu sistemlər C++ proqramlaşdırma dili vastisəsi ilə proqramlanmışdır.


 
Layihə 2020-ci ilin Fevral ayında başlasa da Coronavirus xəstəliyinin yayılması səbəbləri ilə əlaqədar olaraq gecikmiş və 2021-ci ilin Sentyabr ayının 27-də yekunlaşmışdır. Layihə sonunda iştirakçılar sertifikatlarla təltif olunmuş və öz təəssüratlarını bölüşmüşdürlər. Layihə rəhbəri Cavanşir Hüseynli layihə haqqında öz fikirlərini belə qeyd etmişdir - "Layihə rəhbəri olaraq layihədə iştirak etmiş və əməyi keçmiş hər bir kəsə təşəkkür edirəm və bu layihənin davamını gətirəcək növbəti nəsil gənclərə estafeti ötürürəm. Ümid edirəm, layihəmiz iştirakçılarına məqsədlərinə gedən yolu göstərməyə kömək olmuşdur.”


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook