Azərbaycan Respublikaçılar Partiyası özünü buraxdı

Aprel 10
01:11
2023
Azərbaycan Respublikaçılar Partiyası fəaliyyətinə son verib.
Bu barədə partiya bəyanat yayıb.
1999-cu ildə qeydiyyata alınan partiyaya Sübut Əsədov rəhbərlik edirdi.
Bununla da Azərbaycanda fəaliyyətinə son verən siyasi partiyaların sayı 11-ə çatıb. Bundan əvvəl Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.