"Azərbaycan regionda liderliyini göstərir" - Podolyak
Noyabr 02
13:25
2024
Azərbaycan regionda lider olmağa hazır olduğunu göstərir.
Bunu "Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qlobal rol oynamaq imkanı var:
Podolyak bunun çox yaxşı perspektivinin olduğunu hesab edir:
Ukrayna Prezident Ofisinin müşaviri həmçinin iki ölkə arasında münasibətlərin inkişafı ilə bağlı əminliyini vurğulayıb:
Azərbaycanın, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi dünyanın indiki durumunda çox yaxşı təşəbbüsdür.
Onun sözlərinə görə, Azərbaycanın qlobal rol oynamaq imkanı var:
"Mən həmişə öz regional liderliyini göstərən təşəbbüskar ölkələri bəyənirəm. Azərbaycan regionda lider olmağa hazır olduğunu göstərir. Bu tamamilə təsirli, real görünür. Necə ki, Türkiyə Qara dənizdə regional lider olmağa hazır olduğunu tez-tez göstərir. Azərbaycan da bunu edir".
"Xüsusilə də mənim fikrimcə, Azərbaycanın enerji trafiki, enerji tranziti ilə bağlı çox mühüm rollar tutmaq və buna uyğun olaraq bu gün daha qlobal rol oynamaq imkanı var. Əlbəttə ki, bunu alqışlamaq lazımdır".
"Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin, eləcə də Ukrayna ilə Türkiyə arasında ikitərəfli münasibətlərin son dərəcə müsbət istiqamətdə inkişaf edəcəyinə zərrə qədər şübhəm yoxdur.
Niyə bu faydalıdır? Bu, Ukraynanın regionla enerji baxımından, regionda təsir baxımından və s. münasibətlərini maksimum dəqiq qura bilər. Ona görə də Azərbaycanın, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi dünyanın indiki durumunda çox yaxşı təşəbbüsdür. Düşünürəm ki, Ukraynanın təmsilçiliyi maksimum yüksək səviyyədə olacaq. Çünki belə layihələrdə iştirak etmək bizim üçün son dərəcə vacibdir”, - deyə, o, əlavə edib.