SON XƏBƏR
  • Prezident bu şəxsləri təltif etdiAzərbaycan dəmir yolu nəqliyyatı işçiləri təltif edilib. Qlobal.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla dəmir yolu nəqliyyatının inkişafında səmərə..
  • Makron istefa verməkdən imtina etdiFransa prezidenti Emmanuel Makron bəyan edib ki, vəzifəsindən istefa vermək niyyətində deyil və ölkənin sabitliyini təmin etmək üçün dövlət başçısı kimi fəaliyyətini davam etdirəcək.  Qaynarin..
  • Vüqar Qurbanov İlahə Şükürovanı işdən çıxardıSabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad olunub. Oxu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr..
  • “Sağlam gənclik – Güclü Azərbaycan!” prinsipi III MDB Oyunlarında təsdiqini tapdı İdmanAzərbaycan hökumətinin idmana göstərdiyi diqqət və qayğı təsadüfi deyil – bu, milli gücün, sağlam cəmiyyətin və beynəlxalq nüfuzun strateji dayağıdır. Bu gün Azərbaycan yalnız medallar qazanan ölkə de..
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..

Azərbaycan Qiymətləndiricilər Palatası rəsmi fəaliyyətə başladı

Fevral 15
14:50 2025
Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinə olan tələblər uzun illərdən bəri müxtəlif dövrlərdə dəyişmiş və yenilənmişdir. 26.01.1993-cü il tarixli, №463 saylı Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ölkəmizdə qiymətləndirmə sahəsində əsaslı bir çərçivə yaratmış, müstəqil qiymətləndiricilərə müəyyən öhdəliklər qoymuşdu.

2023-cü ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi 1052-VIQ saylı «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu, bu sahədəki mövcud boşluqları aradan qaldırmaq məqsədini daşıyır. Yeni qanunla qiymətləndirmə fəaliyyəti tamamilə müasir standartlara uyğunlaşdırılırılıb və bu sahədə peşəkarlıq, şəffaflıq və etibarlılıq əsas prioritetlərdən biridir.

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) təsis edilməsi də bu yeniliklərin bir hissəsidir.

AQP-nin yaradılması ilə qiymətləndirmə fəaliyyətinin tənzimlənməsi və qiymətləndiricilərin peşəkarlığına yeni tələblər formalaşdırılıb. 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən peşə ixtisas imtahanlarını uğurla keçən qiymətləndiricilər artıq Palatanın üzvü olmaq üçün müraciət edə bilərlər. Bu, sahə üzrə daha yüksək keyfiyyətli xidmətlərin təmin olunmasına, həmçinin qiymətləndirmə fəaliyyətinin peşəkar standartlara uyğunluğunun təmin edilməsinə imkan verəcək.

Həmçinin, Qanunun tələblərinə uyğun olaraq, 17 fevral 2025-ci ilə qədər qiymətləndiricilərin, həmçinin qiymətləndirici təşkilatların yeni reyestrinin formalaşdırılması prosesi yekunlaşacaq və bu zaman yalnız Palatanın üzvü olan, yəni imtahanlardan müvəffəqiyyətlə keçən qiymətləndiricilərin fəaliyyəti etibarlı sayılacaq. 

Bu dəyişikliklər, bazarda qeyri-peşəkar qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinə məhdudiyyətlər qoyulmasına və daha güclü bir nəzarət mexanizminin qurulmasına imkan yaradacaq.

Qiymətləndirmə sahəsində bu cür ciddi islahatlar, yalnız müasir dövrün tələblərinə cavab vermək üçün deyil, həm də bazarda şəffaflığın və etibarlılığın artırılması məqsədini güdür. Yeni qanunla Azərbaycan, beynəlxalq standartlara uyğun qiymətləndirmə xidmətləri göstərən bir ölkə olaraq inkişafını davam etdirəcək.

Beləliklə, qiymətləndirmə sahəsindəki bu yeniliklər, ölkəmizin iqtisadi inkişafına və əmlak bazarının daha etibarlı və şəffaf şəkildə fəaliyyət göstərməsinə mühüm töhfə verəcəkdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook