"Azərbaycan qadınları dövlətin mühüm postlarında özlərini doğruldublar" - Ramin Əhmədov
Mart 08
19:52
2022
"Azərbaycan qadını həmişə ictimai fikirin formalaşmasında, ölkəmizin inkişafında böyük rola malik olub. Azərbaycan qadınları dövlətin mühüm postlarında özlərini doğruldublar. Buna ən gözəl nümunə kimi Birinci Vitse-prezident Mehriban xanım Əliyevanı göstərə bilərik. Mehriban xanımın Azərbaycanın inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə verdiyi töhfə hər bir Azərbaycan xanımı üçün nümunədir. Əminliklə deyə bilərik ki, Azərbaycan qadını özünə Mehriban xanım Əliyevanı bir etalon kimi seçib və onun uğurlarını böyük heyranlıqla izləyir".
Qlobal.az Missiya.Az-a istinadla xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə verdiyi açıqlamada deyib.
Ramin Əhmədov bildirib ki, Azərbaycan qadını həm də qəhrəman anadır.
"Biz Vətən Müharibəsi dövründə bir daha Azərbaycan qadınının böyük ürəyinə, fədəkarlığına şahidlik etdik. Biz şahid olduq ki, analarımız göz nuru övladlarını canla-başla vətənimizin müdafiəsinə göndərirdilər. Onların şəhid xəbərinə dərindən kədərlənsələr də, "Vətən sağ olsun" deməyi bacardılar, qamətlərini dik tutdular. Təbii ki, dövlətimiz də övladını vətən yolunda qurban verən hər bir Azərbaycan xanımına yüksək qiymət verir, onlara dəstəyini göstərir, üzərinə düşən öhtəlikləri ən yüksək səviyyədə yerinə yetirir".
Azərbaycan xanımlarının dövlətin idarəçiliyindəki rolundan danışan Ramin Əhmədov bildirib ki, ölkə rəhbərliyinin qadınların idarəçilikdəki rolunu artırması, onlara verilən dəyərin bariz nümunəsidir: "Başda Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla, ölkəmizin bir çox strukturlarına, dövlət orqanlarına, komitələrinə xanımlar rəhbərlik edir. Bunun özü dövlətimizin, ölkə rəhbərliyinin Azərbaycan xanımlarına verdiyi yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyev də Azərbaycan xanımlarının dövlətimizin inkişafındakı rolunu yüksək qiymətləndirib, onları müxtəlif orden və medallarla mükafatlandırıb. Biz də dəyərli Azərbaycan qadınlarını təbrik edir, onlara səadət dolu günlər və böyük uğurlar arzu edirik".