Azərbaycan Prezidentinin köməkçisi Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Mart 13
13:23
2025
Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Hikmət Hacıyevin sözlərinə görə, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları dəyişməlidir.
Prezidentin köməkçisi bununla bağlı təcrübəni xatırladıb və əlavə edib ki, İrlandiya konstitusiyasına dəyişiklik etməyi və Böyük Britaniyanın Şimali İrlandiya üzərində tam suverenliyini tanımağı öhdəsinə götürüb.
Eyni zamanda, o bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb.