Azərbaycan Prezidenti Türkiyəyə təşəkkür edib
Sentyabr 27
10:44
2021
"44 gün ərzində bizə ən böyük dəstək verən qardaş Türkiyəyə bu gün - Anım Günündə öz dərin təşəkkürümü bildirmək istəyirəm. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz dəstəyini göstərdilər".
"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.



