SON XƏBƏR

Azərbaycan Prezidenti qambiyalı həmkarını COP29-a dəvət edib

Aprel 17
17:10 2024
Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov "X" hesabında yazıb.

N.Səfərov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sisey (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunu ona çatdırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook