SON XƏBƏR

“Azərbaycan Prezidenti ilə görüşüm əla keçdi” - Gürcüstanın Baş naziri

Sentyabr 29
17:06 2021
Azərbaycan Prezidenti ilə Azərbaycan-Gürcüstan əlaqələri və regional transformasiyaya dair müzakirələr apardıq və görüş əla keçdi.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili "Twitter”də bildirib.

Baş nazir qeyd edib ki, söhbət zamanı ikitərəfli əhəmiyyət daşıyan mövzulara, strateji tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi üçün yeni sahələrə dair müzakirələr aparılıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook