SON XƏBƏR

Azərbaycan Premyer Liqasında bu gün iki oyun keçiriləcək

Mart 16
11:24 2023
Azərbaycan Premyer Liqasında 27-ci tur davam edir.

Qaynarinfo-nun məlumatına görə, bu gün daha iki oyun keçiriləcək. 

Günün ilk qarşılaşmasında "Turan Tovuz" Bakıda "Səbail"in qonağı olacaq. Komandalar Azərbaycan çempionatlarında 2 dəfə üz-üzə gəlib. Qarşılaşmaların birində "Turan Tovuz" qələbə qazanıb, digəri heç-heçə yekunlaşıb. Top fərqi 3:2 "Səbail"in xeyrinədir. "Turan Tovuz” hər iki oyunda qol vurub. "Səbail” qələbə qazanmayıb.

Günün digər qarşılaşması "Bakcell Arena"da baş tutacaq. "Neftçi" doğma meydanda "Kəpəz"lə görüşəcək. Komandalar ölkə çempionatlarında 53 dəfə üz-üzə gəliblər. Bunların 26-da "Neftçi", 18-də "Kəpəz" qələbə qazanıbsa, 9 görüşdə heç-heçə qeydə alınıb. Top fərqi "Neftçi"-nin xeyrinədir - 80:48. "Neftçi” son 5 matçda qalib gəlib. Son üç oyunda 2 və ya daha çox qol vurulub. "Kəpəz” sonuncu dəfə 2017-ci ilin aprelində Bakı klubunu məğlub edib.

Premyer Liqa, 27-ci tur

16 mart (cümə axşamı)

16:00. "Səbail” – "Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
"ASCO Arena”

19:00. "Neftçi” – "Kəpəz”

Hakimlər: Elçin Məsiyev, Namiq Hüseynov, Elşad Abdullayev, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
"Bakcell Arena”

İlk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb.

"Sumqayıt" - "Qarabağ" 0:6
"Zirə" - "Sabah" 0:2

"Qarabağ" - 71, "Sabah" - 62, "Neftçi" - 55, "Zirə" - 37, "Qəbələ" - 33, "Turan Tovuz" - 27, "Sumqayıt" - 21, "Kəpəz" - 21, "Şamaxı" - 20, "Səbail" - 17


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook