Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

Mart 13
09:42
2025
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,1 ABŞ dolları, yaxud 1,51 % artaraq 74,02 ABŞ dolları təşkil edib.
Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin may fyuçerslərinin qiyməti 72,23 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftin bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,71 % artaraq 72,74 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.