Azərbaycan “National Geographic Traveler Awards 2015” müsabiqəsində qalib olmuşdur
Noyabr 19
11:42
2015
"National Geographic" jurnalı "National Geographic Traveler Awards 2015" adlı ən məşhur istirahət növləri üzrə ilin ən yaxşı turist marşrutlarının müəyyən olunması məqsədilə müsabiqə - onlayn sorğu keçirmişdir.
Bu sorğu cari ilin 29 iyun – 10 noyabr tarixləri arasında "Çimərlik səyahəti", "Ailəvi səyahət", "Dağ-xizək səyahəti", "Ekskursiya səyahəti", "Kənd turizmi səyahəti", "Sağlamlıq səyahəti", "Eko-səyahət", "Macəra səyahəti", "Ilin açılış səyahəti", "Mətbəx turizmi səyahəti" və "Ekzotik turizm səyahəti" nominasiyaları üzrə keçirilmişdir.
Məlumat üçün qeyd etmək istərdik ki, Azərbaycan müsabiqə çərçivəsində 7 nominasiya üzrə (Çimərlik səyahəti, Ekskursiya səyahəti, Dağ-xizək səyahəti, Macəra səyahəti, Sağlamlıq səyahəti, Ilin açılış səyahəti və Mətbəx turizmi) iştirak etmişdir.
Azərbaycan müsabiqədə "Ilin açılış səyahəti" nominasiyası üzrə birinci yeri tutmuşdur.
Səsvermə zamanı, həmçinin, ilin "ən yaxşı xarici hava yolu şirkəti", "ən yaxşı otellər şəbəkəsi", "ən yaxşı çimərlik oteli", "ən yaxşı internet-servis" və "ən yaxşı səyahət proqramı" müəyyən olunmuşdur.
Hər il keçirilən "National Geographic Traveler Awards" müsabiqəsi səyahətçilər üçün ən yaxşı istirahət yerlərini müəyyən edir, həmçinin, yeni səyahət marşrutlarının yaranmasına şərait yaradır.
Aşağıdakı link vasitəsilə səhifəyə daxil olub səsvermənin nəticələri ilə tanış ola bilərsiniz: