Azərbaycan müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Yanvar 22
02:19
2025
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Baş vermiş faciəyə görə Sizin, həlak olanların ailələrinin və yaxınlarının dərdlərinə şərik olur, xəsarət alanlara şəfa diləyir, Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.