SON XƏBƏR

Azərbaycan millisi Avropa çempionatında gümüş medal qazandı

İyul 28
07:49 2023
Kosovonun paytaxtı Priştinada 16 yaşadək oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunun final oyunu baş tutub.

Həlledici qarşılaşmada Azərbaycan yığması Kiprlə üz-üzə gəlib.

Görüş rəqibin 78:75 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatının C Divizionunu ikinci sırada tamamlayaraq gümüş medalçı olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook