Azərbaycan Mərkəzi Bankı dövlət bankına icrası məcburi göstəriş verib
Yanvar 23
17:28
2025
Azərbaycan Mərkəzi Bankı (AMB) səhmlərinin 75 %-i dövlətə məxsus olan "Azər-Türk Bank” ASC-yə icrası məcburi sərəncam verib.
Məlumata görə, "Azər-Türk Bank” "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın 14.1-ci bəndinin tələbini pozduğu üçün "Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbi rəhbər tutularaq, Banka müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması, qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.