SON XƏBƏR

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

İyun 03
07:28 2024
Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

Final matçında "Qarabağ" və "Zirə" komandaları üz-üzə gəliblər.

"Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi bitib - 2:1.

"Köhlən atlar"ın heyətində 42-ci dəqiqədə Olavio Juninyo, 62-ci dəqiqədə Abdullah Zubir fərqlənib. "Zirə"də İsmayıl İbrahimli 57-ci dəqiqədə adını tabloya yazdırıb.

Beləliklə, "Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb.

Cari mövsüm Azərbaycan Premyer Liqasının da qalibi olan komanda mövsümü "qızıl dubl”la başa vurub.

Qeyd edək ki, "Qarabağ" tarixində 8-ci dəfə Azərbaycan Kubokunu qazanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook