SON XƏBƏR

Azərbaycan-İsrail əlaqələrinin gələcək perspektivləri müzakirə edilib

Yanvar 30
19:25 2025
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail İqtisadi Forumunun həmtəsisçisi və İdarə Heyətinin üzvü Conatan Misnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report” xəbər verir ki, müzakirələr zamanı nazir nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, regional imkanlar barədə məlumat verib.

Həmçinin, münaqişədən sonrakı reallıqlar, Azərbaycan-İsrail və Azərbaycan-ABŞ əlaqələrinin hazırkı və gələcək perspektivləri müzakirə edilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook