Azərbaycan investorları birinci yerdədir
Mart 11
10:41
2016
Azərbaycan 2015-ci ildə Gürcüstan iqtisadiyyatına 542 milyon ABŞ dolları həcmində sərmayə yatırıb.
SİA xəbər verir ki, bu göstərici ilə Azərbaycan Gürcüstana sərmayə qoyan xarici investorlar sırasında birinci yerdədir.
İkinci yerdə 198 milyon dollarla Birləşmiş Krallıq dayanır.
Bu barədə Gürcüstanın Dövlət Statistika Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə ümumilikdə ötən il Gürcüstan iqtisadiyyatına 2,4 milyard dollar sərmayə yatırılıb. Bunun 1,3 milyardı xarici sərmayələrdir.
Ölkə iqtisadiyyatına qoyulan xarici sərmayənin həcmi 2014-cü illə müqayisədə 23 faiz azalıb.
Qlobal.az